• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Qısametrajlı səyahət - Emil Rasimoğlu yazır
YAZARLAR
09 Yanvar 2022 | 17:34

Qısametrajlı səyahət - Emil Rasimoğlu yazır

Emil Rasimoğlu

Klassik ədəbiyyatımıza baxıb görürsən ki, bir sıra nümayəndələrin bu gün bir imza kimi yaşamasının, ümumiyyətlə, çağdaş dövrümüzə gəlib çıxmasının əsasında tək sənətkarlıq faktoru yox, həm də məişət, cəmiyyət problemlərinin eləcə xammal şəklində qabardılması faktoru dayanır.

Hətta bir çox hallarda əsərlərdəki mövzu sənətkarlığı üstələyir ki, bu da sənətin və yaradıcı şəxsin bir ayrı məğlubiyyətidir. Məsələn, Sabirin, Mirzə Cəlilin...istedadı, ədəbi təfəkkürü maarifçilik xüsusiyyətlərindən, prinsiplərindən, xarakterindən qat-qat zəif olub. Bütün zamanlarda isə o zəiflik onların ziyalılıq görkəminin gölgəsində gizlənə bilib.

...Doğrudur, istənilən bədii mətnin yaranmasında mövzu mütləqdir. Bu, öz yerində...Amma sənətkarlıq o zaman meydana gəlir ki, belə demək mümkünsə, sən o mövzunu öz istedadının süzgəcindən keçirib emal edə bilirsən. Əks halda, sən sadəcə maarifçi, təbliğatçı...və ya ədəbiyyatla heç bir əlaqəsi olmayan bu kimi "vəzifə"lərin daşıyıcısısan... Məsələn, elə götürək adını çəkdiyim Sabirin yazdıqlarını, ədəbi təfəkkürünü. Yaradıcılığının əksər məqamlarında mövzu xammaldır, sənət erasına keçə bilməyib. Ona görə də bu gün Sabir sənətdən çox kütlənin təfəkküründə "diri" qalıb. Bu "diri"lik isə demək olar ki, yalnız ictimai məzmun daşıyır.

...Əgər ədəbiyyatın öz ixtiyarına buraxılsaydı, ədəbiyyat sənət arenasında Nizamini, Sabiri, Mirzə Cəlili...və bu kimi maarifçi görkəmində olanları sözün yaxşı mənasında öz "dəyirmanında" çoxdan "əridib" yox etmişdi. Sadəcə kütlə (və ya kütlələşmiş ədəbi toplum), siyasət imkan vermir.

Bu məqamda unutmayaq ki, xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir...

 


SON XƏBƏRLƏR